İngiltərənin "Liverpul" klubu baş məşqçisi Yurgen Kloppla yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Almaniyalı mütəxəssisin sözləşməsinin müddəti 2026-cı ilin yayınadək uzadılıb.
 
Xatırladaq ki, Yurgen Klopp 2015-ci ildən "Liverpul"a rəhbərlik edir. Klub onun başçılığı altında İngiltərə Premyer Liqasını, Liqa Kubokunu, UEFA çempionlar Liqasını və superkubokunu, həmçinin klublararası dünya çempionatını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest