Futbol üzrə İtaliya A Seriyasında 35-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

"Sampdoriya" doğma meydanda "Cenoa"nı tək qolla yenib. "Kalyari" evdə "Verona"ya, "Spetsiya" isə "Latsio"ya məğlub olub. çempionluq şansını itirən "Napoli" bu dəfə "Sassuolo" ilə qarşılaşıb və darmadağına sevinib.

İtaliya A Seriyası
35-ci tur

30 aprel

Kalyari – Verona 1:2
Qol: J.Pedro, 57 – Barak, 8. Kaprari, 44.

Napoli – Sassuolo 6:1
Qol: Kulibali, 7. Osimhen, 15. Lozano, 19. Mertens, 21; 54. Rrahmani, 80 – M.Lopes, 87.

Sampdoriya – Cenoa 1:0
Qol: Sabiri, 25.

Spetsiya – Latsio 3:4
Qol: Amian, 9. Aqudelo, 35. Hristov, 56 – İmmobile, 33-pen. Provedel, 54-öz qapısına. Milinkoviç-Saviç, 68. Açerbi, 90.

1 may

14:30. Yuventus – Venesiya
17:00. Milan – Fiorentina
17:00. Empoli – Torino
20:00. Udineze – İnter
22:45. Roma – Bolonya

2 may

22:45. Atalanta – Salernitana

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest