Futbol üzrə Latviya çempionatında 10-cu turun oyunları keçirilir.

Futbol üzrə Latviya çempionatında 10-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri "Dauqavpils" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Tukums 2000" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyunda 1:0 hesablı qələbəyə sevinib.
 
Şakir də bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqəsində meydana buraxılıb. Asim isə sonadək ehtiyatda qalıb.
 
"Dauqavpils" Şakiri "Sabah"dan, Asimi isə "Neftçi"dən icarəyə götürüb.
 
"Dauqavpils" 10 turdan sonra 15 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest