AFFA təşkil etdiyi Yüksək Qızlar Liqasının 2021/22 mövsümünə yekun vurulub. Matc.az xəbər verir ki, 8 â„–-li İOEUGİM-in komandası liqanın qalibi olub.
 
Şəkinin "Nuxa" komandası mövsümü ikinci, Balakənin "Balxurma" komandası isə üçüncü pillədə tamamlayıb.
 
Son turun oyunlarından sonra çempion 8 â„–-li İOEUGİM-in komandasına Bakıda, gümüş medalları qazanan "Nuxa" və 3-cü olan "Balxurma" komandasına isə Şəkidə medallar və kubok təqdim olunub. 
 
8 â„–-li İOEUGİM-in üzvü Milana Rəhimova mövsümün ən yaxşı oyunçusu, komandanın digər üzvü Rabiyə Müstafayeva isə ən yaxşı qapıçısı seçilib. Həmçinin 17 qolla mövsümün ən məhsuldar oyunçuları olan  8 â„–-li İOEUGİM komandasının oyunçusu Şəfəq Nəsirova və "Nuxa" komandasının üzvü Nahidə Məmmədova xüsusi mükafatla təltif edilib.
 
Bakıdakı mükafatlandırma mərasimində Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, qadın futbolçulardan ibarət A milli komandanın baş məşqçisi Siyasət Əsgərov, U-17 (qadınlar) milli komandasının baş məşqçisi Zamir Həsənov, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Texniki direktor Cahangir Həsənzadə iştirak edib. Şəkidəki mükafatlandırma mərasimində isə "Nuxa" və "Balxurma" komandalarına  mükafatları Əminə Həsənova, Siyasət Əsgərov, qadın futbolçulardan ibarət U-19 və U-15 komandalarının baş məşqçiləri Vüqar Əsgərli ilə Nərgiz Qurbanova təqdim edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest