Mane "Çelsi"nin sabiq yarımmüdafiəçisi Frenk Lempardın rekordunu da təkrarlayıb. Lempard bir İngiltərə klubunun heyətində ÇL-in pley-off mərhələlərində ən çox qol vuran futbolçu olsa da, artıq Sadio da ona şərik çıxıb.

İngiltərənin "Liverpul" klubunun hücumçusu Sadio Mane UEFA çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, o, qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsində ən çox qol vuran afrikalı futbolçuya çevrilib.
 
Mane buna ötən gecə İspaniyada "Vilyarreal"a 3:2 hesabıyla qalib gəldikləri oyunda fərqlənməklə nail olub. 74-cü dəqiqədə fərqlənən futbolçu turnirin pley-off mərhələlərindəki qollarının sayını 15-ə çatdırıb. Bununla da o, Didye Droqbaya məxsus rekordu qırıb. "çelsi"nin sabiq forvardı çL-in pley-off mərhələlərində 14 qol vurmuşdu. Manenin "Liverpul"dakı komanda yoldaşı Məhəmməd Salah 11, Samuel Eto 10, Emmanuel Adebayor isə 7 qola imza atıb.
 
Mane "çelsi"nin sabiq yarımmüdafiəçisi Frenk Lempardın rekordunu da təkrarlayıb. Lempard bir İngiltərə klubunun heyətində çL-in pley-off mərhələlərində ən çox qol vuran futbolçu olsa da, artıq Sadio da ona şərik çıxıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest