Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Matc.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub. "Bavariya" doğma meydanda əzəli rəqibi "Real"ı qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. 

Qeyd edək ki, mərhələnin digər oyunu bu gün "Borussiya" (Dortmund) - PSJ arasında keçiriləcək.

Çempionlar Liqası
Yarımfinal, ilk oyun
30 aprel 

"Bavariya" - "Real" 2:2
Qollar: Leroy Sane, 53. Harri Keyn, 57 (p) - Vinisius, 24, 83 (p)

"Alyanz Arena". Hakimlər: Kleman Turpin, Nikolas Danos, Benjamin Paj, Sandro Şerer.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest