AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Səbail" klubunun apellyasiya şikayətini təmin etməyib. Matc.az xəbər verir ki, İntizam Komitəsinin (İK) aprelin 8-də "dənizçilər"in seleksioneri Ramal Hüseynov barəsində verdiyi 2 il müddətinə yarışlardan kənarlaşdırılma cəzası qüvvədə saxlanılıb.
 
38 yaşlı mütəxəssis stadiona giriş qadağası olmasına baxmayaraq, Gənclər Liqasında "Qarabağ"la oyunda meydana daxil olub və hakimlər briqadasını təhqir edib. O, daha əvvəl ROFM klubu ilə matçda hakimi təhqir etdiyi və referiyə hədə-qorxu gəldiyi üçün 15 matçlıq cəza almışdı.
 
Xatırladaq ki, Ramal Hüseynov 2001-ci ildə yığmanın formasını geyinib. O, müxtəlif vaxtlarda "Qarabağ", "Neftçi", "Turan", "Kəpəz" klublarının, həmçinin Türkiyədə "Kocaelispor"un şərəfini qoruyub.
 
Apellyasiya Arbitraj Tribunalı EFA komandası tərəfindən verilmiş apellyasiya şikayətini də təmin etməyib. İntizam Komitəsinin 08.04.2022-ci il tarixdə EFA komandasının baş məşqçisi Vüsal Mustafayev barəsində verdiyi 1 il 6 ay müddətinə futbol ilə əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə cəzası qüvvədə saxlanılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest