İngiltərənin "Arsenal" klubu baş məşqçisi Mikel Artetanın müqaviləsinin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
40 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024/25 mövsümünün sonunadək nəzərdə tutulub.
 
Arteta 2019-cu ildən London təmsilçisinə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında İngiltərə Kubokunu və ölkə Super Kubokunu qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest