Növbəti mövsüm İtaliya A Seriyasında çıxış edəcək 2 klubun adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, "Leççe" və "Kremonese" yeni mövsümdən yüksək liqada oynayacaqlar.
 
B Seriyasında mövsümünün nəticələrinə görə, "Leççe" 71 xalla çempion olub, "Kremoneze" isə 69 xalla ikinci yeri tutub. Nəticədə komandalar yüksək diviziona birbaşa vəsiqə qazanıblar.
 
A Seriyasında çıxış edəcək daha bir komandanın adına pley-off matçlarından sonra aydınlıq gələcək.
 
Qeyd edək ki, "Leççe" sonuncu dəfə A Seriyasında 2019/20 mövsümündə, "Kremonese" isə 1995/96 mövsümündə çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest