"Liverpul" İngiltərə Premyer Liqasında "Mançester Siti"nin rekordunu təkrarlayıb. Matc.az xəbər verir ki, Yurgen Kloppun baş məşqçi olduğu komanda buna 33-cü turdan təxirə salınmış "Aston Villa" ilə oyunda (2:1) nail olub.
 
Mersisayd təmsilçisinin heyətində qələbə qolunu 65-ci dəqiqədə Sadio Mane vurub. Beləliklə, "Liverpul"da bir mövsümdə 3 futbolçu 15 və daha artıq qola imza atıb. Dioqo Jota və Mane 15, Məhəmməd Salah 22 dəfə fərqlənib.
 
Daha əvvəl buna 2013/14 mövsümündə "Mançester Siti" müvəffəq olub. Həmin vaxt "şəhərlilər"də Yaya Ture, Serxio Aquero və Edin Dzeko 15 və daha çox qolla yadda qalıb.
 
"Liverpul" 36 oyundan sonra 86 xalla ikinci pillədə qərarlaşıb. Rəqibindən bir oyun az keçirən lider "Mançester Siti"nin də eyni xalı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest