Bakıda təlim-məşq toplanışınını başa vuran çimərlik futbolu üzrə Küveyt milli komandası hazırlıq çərçivəsində Azərbaycan millisiylə növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Bakı "Su İdman Sarayı"nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 3:2 hesabı ilə Azərbaycan milli komandasının xeyrinə başa çatıb.
 
Millimizin heyətində Fuad Hüseynov, Amid Nəzərov və Ramil Əliyev fərqlənib.
 
Xatırladaq ki, komandamız bu rəqiblə keçirdiyi dörd oyunun üçündə qələbə qazanıb, bir oyunda isə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest