Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Slovakiyaya qarşı keçirəcəyi oyunun stadionu bəlli olub.

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Slovakiyaya qarşı keçirəcəyi oyunun stadionu bəlli olub. Matc.az xəbər verir ki, görüş Trnava şəhərindəki Anton Malatinski stadionunda baş tutacaq.
 
Bu barədə Slovakiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. Sentyabrın 22-də təşkil olunacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
 
Azərbaycan millisi UEFA Millətlər Liqasındakı ilk oyununu iyunun 3-də səfərdə Qazaxıstana qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest