Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasının baş məşqçisi Oliver Qlasner Avropa Liqasının finalında "Reyncers" üzərində qazanılan qələbəni (1:1, penaltilər 5:4) şərh edib.

Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasının baş məşqçisi Oliver Qlasner Avropa Liqasının finalında "Reyncers" üzərində qazanılan qələbəni (1:1, penaltilər 5:4) şərh edib. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, futbolçularının performansını heç bir sözlə təsvir edə bilmədiyini deyib:
 
"İnanılmaz! Bu, Avropada 13-cü oyunumuz idi. Bu oyunların heç birində uduzmadıq. Uşaqların həm bu gün, həm də mövsüm boyu etdiklərini təsvir etməyə sözüm yoxdur.
 
Gələn mövsüm çempionlar Liqası haqda düşünmək? Yox. O qədər də uzağa baxmıram, çünki yaxın aylarda nə olacağını bilmirəm. Futbolçulara dedim ki, bizim fantastik səyahətimiz olub, bu səyahət bu gün meydanda yox, sabah kubokla evdə olduğumuz zaman başa çatmalıdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest