Ukraynanın "Mariopul" klubunun fiziki hazırlıq üzrə məşqçisi Sergey Yankovı Azərbaycana gəlib. Matc.az xəbər verir ki, 38 yaşlı mütəxəssis Premyer Liqada çıxış edən klublardan birindən təklif alıb.
 
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Ukraynalı mütəxəssisin danışıqlar üçün hazırda Bakıda olduğu bildirilib. Amma Yankovı ilə hansı klubun maraqlandığı bilinmir.
 
"Mariopul" klubu Rusiyanın Ukraynaya hücumuna görə əksər aparıcı futbolçuları və məşqçilər heyəti ilə vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest