Futbol üzrə İspaniya La Liqasında mövsümün sonuncu turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, sonuncu oyun günündə 7 qarşılaşma baş tutub.

Gələn mövsüm çempionlar Liqasına vəsiqəni La Liqada 2-ci pilləni tutmaqla təmin edən "Barselona"nı isə bu tur "Kamp Nou"da "Vilyarreal"la qarşılaşıb və məğlub olub. Madrid "Atletiko"su səfərdə "Real Sosyedad"ı, "Sevilya" isə evdə "Atletik"i məğlub edib.

Beləliklə, çempion "Real"la yanaşı, sonrakı yerləri tutan "Barselona", "Atletiko" və "Sevilya" UEFA çempionlar Liqasında iştirak hüququ əldə ediblər. 5 və 6-cı yerləri tutan "Betis"lə "Real Sosyedad" Avropa Liqasına vəsiqə qazanıblar. 7-ci olan "Vilyarreal" isə Avropa Konfrans Liqasında çıxış edəcək.

"Qranada" (38 xalla 18-ci), "Levante" (35 xalla 19-cu) və "Alaves" (31 xalla 20-ci) isə La Liqanı tərk edib.

İspaniya La Liqası
38-ci tur

20 may

Rayo Valyekano – Levante 2:4
Qol: A.Qarsiya, 18. Qvardiola, 61 – Melero, 26; 45+1. Marti, 44. Koke, 76.

Real – Betis 0:0

21 may

Valensiya – Selta 2:0
Qol: M.Qomes, 28. Arauxo, 60-öz qapısına.

22 may

Elçe – Xetafe 3:1
Qol: Olaza, 37. Kike, 84; 90+2 – E.ünal, 33.

Alaves – Kadis 0:1
Qol: Lozano, 76.

Qranada – Espanyol 0:0

Osasuna – Mayorka 0:2
Qol: Anxel, 47. Qrenye, 83.

Barselona – Vilyarreal 0:2
Qol: Pedrasa, 41. M.Qomes, 55.

Real Sosyedad – Atletiko 1:2
Qol: Quridi, 90+3 – De Paul, 50. Korrea, 69.

Sevilya – Atletik 1:0
Qol: Mir, 68.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest