23 May 2022, 10:11
ÇEMPİONLAR LİQASI
Futbol üzrə Azərbaycan çempionu "Qarabağ"ın UEFA çempionlar Liqasının (çL) 1-ci təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib.
Matc.az xəbər verir ki, "Maribor" Sloveniya çempionu olduğuna görə Şimali İrlandiyanın "Linfild" klubu səpələnməmişlər səbətinə düşüb və bununla Azərbaycan təmsilçisinin potensial rəqiblərindən biri olub.
Qurban Qurbanovun komandası bu raundda 13 klubdan biri ilə və ya ilkin təsnifat mərhələsinin qalibi ilə üz-üzə gələcək. Azərbaycan və Ermənistan təmsilçisiləri görüşə bilməzlər. Ermənistanda qalib son turda bəlli olacaq.
Qeyd edək ki, UEFA çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü iyunun 14-də atılacaq. Raundun ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları isə 12-13 iyulda gerçəkləşəcək.
UEFA çempionlar Liqası
1-ci təsnifat mərhələsi
Səpələnmişlər
Qarabağ (Azərbaycan)
Malmö (İsveç)
Lüdoqorets (Bolqarıstan)
Şerif (Moldova)
çFR (Rumıniya)
Bodo Qlimt (Norveç)
Ferentsvaroş (Macarıstan)
Maribor (Sloveniya)
Slovan (Bratislava, Slovakiya)
HJK (Finlandiya)
TNS (Uels)
Düdelanj (Lüksemburq)
Jalgiris (Litva)
Linkoln (Cəbəllütariq)
Şemrok Rovers (İrlandiya)
Səpələnməmişlər
Linfild (Şimali İrlandiya)
Zrinski (Bosniya və Herseqovina)
Şaxtyor (Soliqorsk, Belarus)
Sutyeska (Monteneqro)
Klaksvik (Farer adaları)
Lex (Poznan, Polşa)
Hibernians (Malta)
Tobol (Qazaxıstan)
Şkupi (Şimali Makedoniya)
RFS (Latviya)
Dinamo (Batumi, Gürcüstan)
Tirana (Albaniya)
Balkani (Kosovo)
İlkin mərhələnin qalibi
Ermənistan çempionu