Keniya və Zimbabve yığmaları 2023-cü ildə keçiriləcək Afrika Millətlər Kubokunun seçmə mərhələsindən kənarlaşdırılıb. Matc.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi saytı məlumat yayıb.
 
Belə bir qərarın verilməsinə sözügedən ölkələrin futbol federasiyalarına siyasi müdaxilə səbəb olub. ötən il hər iki ölkənin rəhbərliyi müxtəlif səbəblərdən milli assosiasiyaları ləğv edib. FİFA isə onların fəaliyyətinin dayandırılması ilə bağlı qərar verib.
 
Qərar növbəti xəbərdarlığadək qüvvədə olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest