Azərbaycan Premyer Liqasının 2021/22 mövsümündə "Qəbələ"nin heyətində 21 futbolçu meydana çıxıb. Matc.az xəbər verir ki, baş tutan 28 turda yalnız ülvi İsgəndərov bütün matçlarda iştirak edib.
 
O, çempionatın bütün iştirakçıları arasında 28 oyun keçirən üç futbolçudan biridir.
 
üç oyunçu – İsnik Alimi, Məqsəd İsayev və Rövlan Muradov yalnız bir oyunu buraxıb. 27 görüşə çıxan üç futbolçudan ikisi bu qarşılaşmaları əvəzolunmadan keçirib. çempionat ərzində hamıdan çox – 2430 dəqiqə meydanda olan üç futbolçudan ikisi "Qəbələ"nin üzvləridir. Bunlar İsniklə Məqsəddir.
 
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevin güvəndiyi 21 futbolçudan 14-ü matçların yarısından çoxunda şans qazanıb. "Qırmızı-qaralar" mövsüm ərzində iki qapıçıya güvənib.
 
"Qəbələ"nin vurduğu 38 qola 14 oyunçu imza atıb. İsnik Alimi hamıdan çox – 8 dəfə fərqlənib. ülvi İsgəndərovla Rafael Utziqin hərəsinin aktivində 6 top var. Rövlan Muradov isə üç qola sevinib. 5 futbolçu hərəyə iki, 5 oyunçu isə bir dəfə rəqib qapısına yol tapıb.
 
 

futbolçu 

 oyun 

 dəqiqə 

 qol 

 sarı 

 qırmızı

ülvi İsgəndərov

28

961

6

3

0

İsnik Alimi

27

2430

8

7

0

Məqsəd İsayev

27

2430

1

6

0

Rövlan Muradov

27

1743

3

4

0

Murad Musayev

26

2340

2

5

0

Nicat Mehbalıyev

26

2340

-31

3

0

Ruan Renato

26

2339

2

5

1

Rafael Utziq

26

2327

6

5

0

Urfan Abbasov

26

2207

1

3

0

Stefan Vukçeviç

26

1969

0

7

1

Asif Məmmədov

22

1692

1

6

0

Omar Hani

21

1325

2

1

1

Fernan Lopes

16

1050

1

7

0

Emil Səfərov

16

533

2

3

0

Ehtiram Şahverdiyev

13

389

1

2

1

Patrik Robson

10

444

0

0

0

Rüfət Əhmədov

8

506

0

3

0

Kamal Mirzəyev

5

41

0

2

0

Yaovi Akakpo

4

306

2

0

0

Kristof Atanqana

2

180

-3

0

0

Hüseyn Mürsəlov

2

143

0

0

0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest