"Mançester Siti"nin və İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli İtaliya futbolundakı problemlərin səbəblərini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
"Problemlər çox sadədir. Texniki yox, praktiki izahatlar verməyə üstünlük verirəm. Biz uşaq olanda saatlarla futbol oynayardıq. Yadımdadır, anam məni danlayırdı, çünki topu görmək çətinləşənə qədər, hava tam qaralanadək küçədə qalırdım.
Bu gün Breşia kimi şəhərlərdə gəzərkən parklardakı futbol meydançalarının boş olduğunu görürəm. Orada heç kim yoxdur. Kompüterlər, telefonlar və "PlayStation" çox şeyi korlayıb. Amma ən əsası valideynlərin münasibəti dəyişib. Bu gün 7 yaşlı uşaq üç gündən bir cəmi 2 saat futbol oynaya bilir. İstedadlar küçələrdə və parklarda doğulur. Biz çox oynayırdıq, çox öyrənirdik və özümüzdən böyük uşaqlarla mübarizə aparırdıq...
Bu gün isə uşaqlar telefonlarda otururlar. Onlar Ronaldinyonun videolarına baxdıqları üçün özlərini onun kimi hiss edirlər, mən isə həmin fəndləri həyətdə təkrarlaya bildiyim üçün özümü Ronaldo hesab edirdim. Bu, tamamilə fərqli şeylərdir", - deyə Balottelli açıqlamasında bildirib.
Qeyd edək ki, Balotelli yanvar ayından bəri BƏƏ-nin "Əl-İttifaq" klubunda çıxış edir. O, daha əvvəl "Cenoa", "Montsa", "Breşia", "Marsel", "Nitsa", "Liverpul", "Mançester Siti", "Milan" və "İnter" kimi komandalarda oynayıb.













