"Mançester Siti" "Everton"un 26 yaşlı seneqallı vingeri İliman Ndiayenin keçidini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Oyunçu ilə 5 illik müqavilə imzalanıb. Müqavilənin maliyyə detalları açıqlanmır.

Transfer məbləği 60 milyon funt-sterlinq təşkil edib ki, bunun da 5 milyon funtu bonus şəklində nəzərdə tutulub.

Ndiaye 2024-cü ilin yayında 15 milyon funt-sterlinq qarşılığında "Marsel"dən "Everton"a keçmişdi. Həmin vaxtdan bəri seneqallı hücumçu mersisaydlıların heyətində 73 oyuna çıxaraq 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest