Türkiyənin "Fatih Karagümrük" klubu baş məşqçi Volkan Dəmirəllə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə 40 yaşlı mütəxəssis özü məlumat verib.
 
O, klub rəhbərliyi ilə görüşərək, qarşılıqlı anlaşma ilə "Fatih Karagümrük"dən ayrıldığını açıqlayıb.
 
Dəmirəlin Super Liqa klubu ilə hələ iki illik müqaviləsi olmasına baxmayaraq, o, postunu vaxtından əvvəl tərk edib.
 
"Fatih Karagümrük" son mövsümdə Super Liqanı 57 xalla 8-ci pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest