Rusiyanın "Krasnodar" komandasının keçmiş çalışdırıcısı Viktor Qonçarenko "Neftçi"nin baş məşqçisi təyin oluna bilər. Matc.az xəbər verir ki, bu barədə insayder Vladislav Tatur "Teleqram" kanalında xəbər yayıb.
 
Bu ilin yanvarından işsiz olan 45 yaşlı belaruslu mütəxəssisin "Neftçi" ilə müqaviləsi başa çatan Samir Abasovu əvəzləyəcəyi bildirilib.
 
Qonçarenko məşqçi karyerası ərzində BATE (Belarus), çSKA , "Kuban, "Ural", "Ufa" (hamısı Rusiya) klublarında da işləyib.
 
"Neftçi"də yaxın günlərdə Müşahidə Şurasının iclası keçiriləcək. İclasda baş məşqçi məsələsi müzakirə olunacaq.
 
Xatırladaq ki, ötən mövsümdən etibarən "Sumqayıt"ı da belaruslu mütəxəssis Aleksey Baqa çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest