İspaniyanın "Espanyol" klubu yeni baş məşqçisinin adını açıqlayıb. Matc.az La Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, komanda Dieqo Martinesə tapşırılıb.
 
41 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, bu postda mövsümün bitməsinə iki tur qalmış istefaya göndərilən Visento Morenonu əvəzləyib.
 
"Espanyol" son mövsümdə La Liqanı 42 xalla 14-cü pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest