Vaxtilə "Keşlə"nin (indiki "Şamaxı") formasını geyinmiş paraqvaylı hücumçu Lorenso Frutos Argentinanın "Boka Unidos" klubundan qovulub. Matc.az xəbər verir ki, buna onun sərxoş vəziyyətdə avtomobil idarə etməsi səbəb olub.
 
İçkili halda sükan arxasına əyləşən 32 yaşlı forvard ağır yol qəzası törədib. Vəziyyəti dəyərləndirən klub rəhbərliyi təcrübəli oyunçunun müqaviləsinə xitam verib.
 
Xatırladaq ki, Frutos 2019/20 mövsümündə "Keşlə"də çıxış edib. O, Azərbaycan təmsilçisində meydana çıxdığı 17 oyuna 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest