Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2022/23 mövsümünə start verilib. Matc.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə bir qarşılaşma baş tutub.

A Liqasının 4-cü qrupunda Polşa yığması Uelsi qəbul edib. Bakı vaxtı ilə saat 20:00-da start götürən qarşılaşmanı sloveniyalı Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edib. üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Bu qrupun digər qarşılaşması iyunun 3-də Belçika və Niderland komandaları arasında olacaq.

UEFA Millətlər Liqası
A Liqası, 4-cü qrup
1 iyun

Polşa – Uels 2:1
Qol: Kaminski, 72. Sviderski, 85 – Uilyams, 52.
Baş hakim: Rade Obrenoviç (Sloveniya).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest