Futbol üzrə Rusiya yığmasının əslən azərbaycanlı sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov "Fakel" klubunda baş seleksiyaçı funksiyasını yerinə yetirəcək. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında artıq müqavilə də imzalanıb.
 
Səmədov "Fakel"in idman direktoru Kirill Kotovun rəhbərliyi altında çalışacaq.
 
Aleksandr Səmədov futbolçu karyerası ərzində Moskvanın "Spartak", "Dinamo" və "Lokomotiv" klublarında, həmçinin "Krılya Sovetov" komandasında çıxış edib. O, son olaraq "Lokomotiv"də baş seleksiyaçı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest