"Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb. Matc.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubu Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyevlə də vidalaşıb.
 
33 yaşlı hücumçu ilə yeni müqavilə imzalanmasına ehtiyac duyulmayıb. Klubun tezliklə bu ayrılığı rəsmən açıqlaması gözlənilir.
 
Xatırladaq ki, "Səbail"də daha öncə Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev və Camal Araqo ilə də yollar ayrılmışdı. Əvəzində "Zirə"dən ayrılan Ağabala Ramazanov transfer olunub. 29 yaşlı hücumçunun transferi hələ rəsmən açıqlanmasa da, tərəflərin 2 illik sözləşmə ilə bağlı razılığa gəldiyini öyrənmişik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest