Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununu keçirib. Matc.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Liqasında 3-cü qrupun qarşılaşmasında Qazaxıstanın qonağı olub. 

Nur-Sultan şəhərindəki "Astana Arena"da təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Abat Aymbetov vurub. 

Beləliklə, Azərbaycan yığması Millətlər Liqasına məğlubiyyətlə başlayıb. Milli komanda növbəti görüşünü iyunun 6-da Serbiyanın Novi-Sad şəhərində Belarusa qarşı keçirəcək.

UEFA Millətlər Liqası

C Liqası, 3-cü qrup
3 iyun

Qazaxıstan – Azərbaycan 2:0
Qol: A.Aimbetov, 50; 60.
Hakimlər: İstvan Vad, Vencel Tot, İstvan Albert, Ferents Karako (hamısı Macarıstan).
Nur-Sultan, "Astana Arena".

Qazaxıstan: 12. İqor Şatski, 3. Nuralı Alip, 6. Yeldos Ahmetov, 7. Aslan Darabayev, 8. Asxat Taqıbergen (k), 10. Bauırjan Baytana, 11. Yan Voroqovski, 13. Bağdat Kairov, 17. Abat Aimbetov 22. Aleksandr Maroçkin, 23. Elxan Astanov.
Ehtiyat oyunçular: 1. Bekxan Şayzada, 15. Muxammejan Seysen, 2. Sergey Malıy, 4. Samat Zarinbetov, 5. İslambek Kuat, 9. Artur Şuşenaçev, 14. Vladislav Vasilyev, 16. Qafurjan Suyumbayev, 18. Timur Dosmaqambetov, 19. Mixail Qabışev, 20. Ramazan Orazov, 21. Maksim Samorodov.
Baş məşqçi: Məhəmməd Adiyev.
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqqverdi, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 22. Aleksey İsayev.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Emil Balayev, 2. Qara Qarayev, 7. Namik Ələskərov, 11. Ramil Şeydayev, 13. Cəlal Hüseynov, 16. Dmitri Nazarov, 17. Toral Bayramov, 18. Bəxtiyar Həsənalızadə, 19. Qismət Alıyev, 20. Riçard Almeyda, 21. Anatoli Nuriyev.
Baş məşqçi: Canni De Byazi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest