Almaniyanın "Bayer" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəvər verir ki, Bundesliqa təmsilçisi çexiya millisinin hücumçusu Adam Hlojeki transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Hlojekin yeni komandasında 23 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.
 
Xatırladaq ki, "Bayer"də çexiya yığmasının daha bir üzvü – Patrik Şik də çıxış edir. Hansı ki, klub onunla bir neçə gün öncə yeni müqavilə imzalandığını açıqlamışdı.
 
Hlojek Praqa "Sparta"sının yetirməsidir. O, 2018-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. çexiyalı hücumçu ötən mövsüm "Sparta"da 47 matçda 12 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest