Futbol üzrə Türkiyə Super Liqasına vəsiqə qazanan sonuncu komandanın adı müəyyənləşib. Matc.az xəbər verir ki, "İstanbulspor" əsas çempionata vəsiqəni təmin edib.
 
Komanda pley-off mərhələsinin finalında "Bandırmaspor"u 2:1 hesabı ilə məğlub edib.
 
Daha əvvəl "Ankaragücü" və "ümraniyəspor" da Super Liqaya vəsiqə əldə etmişdi. Bu üç komanda 2021/22 mövsümünün yekununa görə elitanı tərk edən "Rizəspor", "Altay", "Göztəpə" və "Yeni Malatyaspor"u əvəz edəcəklər. Növbəti mövsümdən Super Liqada 20 yox, 19 komanda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest