Ukraynada peşəkar futbol yarışlarının bu ilin avqust ayında bərpa olunması planlaşdırılır. Matc.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavlenko məlumat verib.
 
O, bu məsələni dövlət başçısı Volodimir Zelenski ilə müzakirə etdiyini deyib:
 
"Prezident Volodimir Zelenski ilə futbolu müzakirə etdik. Biz futbolun insanların gələcək haqqında düşünməsinə kömək etmək üçün çox böyük gücə malik olmasından danışdıq. Buna görə də Ukrayna çempionatını avqustda bərpa etmək qərarına gəldik".
 
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi hücumu ilə əlaqədar bu ölkədə fevral ayından bütün idman yarışları dayandırılıb. Başa çatmayan 2021/22 mövsümünün qalibi isə Donetsk "Şaxtyor"u elan edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest