13 Fevral 2019, 09:35
ÇEMPİONLAR LİQASI
İngiltərənin "Mançester Yunayted" klubu baş məqşisi Ole-Qunnar Sulşerin rəhbərliyi altında ilk məğlubiyyətini yaşayıb. Matc.az xəbər verir ki, norveçli mütəxəssisin ilk yenilgisi çempionlar Liqasının 1/8 final mərhələsinə təsadüf edib.
İlk oyunlar çərçivəsində PSJ-ni qəbul edən mançesterlilər evdə 0:2 hesabı ilə uduzub. Bunadək MY-də məğlubiyyət acısı yaşamayan Sulşerin 11 matçlıq məğlubiyyətsiz seriyası qırılıb.
Bunadək MY-nin baş məşqçisi kimi 10 qələbəyə sevinən Sulşer yalnız 1 heç-heçə görmüşdü.