"Fənərbaxça"nın yarımmüdafiəçisi Fred karyerasını ölkəsində davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Heverton Gimaraeş məlumat yayıb.

"Atletiko Mineyro" braziliyalı futbolçunu transfer etmək istəyir. A Seriyası təmsilçisi artıq Fredlə danışıqlara başlayıb. Xəbərdə 33 yaşlı yarımmüdafiəçinin artıq Belu- Orizonti şəhərində ev aldığı da qeyd olunub.

Qeyd edək ki, Fred 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edir. Braziliya millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində keçirdiyi 45 oyunda 4 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest