25 May 2026, 00:16
FUTBOL
"Napoli"nin baş məşqçisi Antonio Konte bu yay komandadan ayrılacağını açıqlayıb.
Matc.az xəbər verir ki, o, açıqlamasını sonunda üstüörtülü mesaj verib.
"Napoli"dəki vaxtım başa çatmaq üzrədir. Azarkeşlər başa düşəcəklər. Hər şeyə görə prezidentə təşəkkür edirəm. Təəssüf ki, komanda vəhdət yarada bilmədim. Bu atmosferi məhv edən insanlar var...", - deyə Konte açıqlamasında deyib.
Qeyd edək ki, Konte 2024-cü ildən bəri "Napoli"yə rəhbərlik edir. Onun rəhbərliyi altında "Napoli" İtaliya çempionluğunu və Superkubokunu qazanıb.
2025/2026 mövsümünün sonunda komanda İtaliya A Seriyasında 76 xalla ikinci yeri tutub. Çempion isə 87 xalla "İnter" olub.













