24 May 2026, 00:40
FUTBOL
Ayxan Abbasovla yollarını ayıran "Şamaxı", məşqçilər heyəti ilə də sağollaşıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, məşqçilər heyətində yer alan Elnur Çodarov, Xəyal Qarayev, Vüsal Qarayev, Kamil Qafarov, Anar Vəliyev və Əyyub Əliyev ilə müqavilə müddətləri başa çatıb.
Şamxaxı klubu məşqçilər heyətinə komandadakı fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.













