AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXXII turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXXII turunun oyunlarında qeyd alınan qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

16 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXII turun “Şamaxı” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

17 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXII turun “Sabah” – “Neftçi” oyununun 85-ci dəqiqəsində “Sabah” komandasının 20 nömrəli futbolçusu Coy Lens Mikels təcavüzkar davranışa (rəqibə topu aqressiv şəkildə atdığına) görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla, 2 oyun oyuna buraxılmasın, “Sabah” komandası 3000 manat cərimə edilsin. Sınaq müddəti 6 ay təyin edilsin (maddə 45.1, 11.3, 19);

17 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXII turun “Sabah” – “Neftçi” oyununun 85-ci dəqiqəsində “Neftçi” komandasının 7 nömrəli futbolçusu Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest