UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Azərbaycan – Slovakiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, tədbirlər oyundan bir gün öncə – sabah təşkil olunacaq:
 
Slovakiya milli komandası
Saat 17:45. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Azərbaycan milli komandası
Saat 20:00. Mətbuat konfransı
Saat 20:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Tədbirlər "Dalğa Arena"da təşkil olunacaq.
 
İyunun 10-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan – Slovakiya matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest