Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi serialda rol alıb. Matc.az "Marca"ya istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Latın Amerikasının "Müdafiəçilər" serialının çəkilişlərində iştirak edib.
 
Messi serialın ikinci mövsümündə epizodik rolda çəkilib. Bu səhnə 2023-cü ildə efirə çıxacaq.
 
Messi 2021-ci ilin avqustunda "Barselona"dan PSJ-yə keçib. Argentina yığmasının bombardiri olan futbolçu milli komanda forması ilə 162 matçda 86 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest