"Neftçi" PFK qapıçı Kamran İbrahimovla başa çatan müqaviləni yeniləməyib. Matc.az xəbər verir ki, gənc futbolçuya təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
 
"Neftçi"nin yetirməsi olan İbrahimov əsas komandanın heyətində 10 rəsmi oyunda meydana çıxıb. Kamran onadək aşağı yaş qrupu komandaların və "Neftçi-2"nin qapısını qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest