Slovakiya millisində baş məşqçi səlahiyyətlərini icra edən Samuel Slovak UEFA Millətlər Liqasının Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, Bakıda 1:0 hesabı ilə qalib gəldikləri oyunundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Oyunun tempini təyin edən tərəf biz olmaq istəyirdik. Matçın əvvəlində istədiyimiz alındı. Sonradan sürəti azaltsaq da, yekunda bunu bacardıq. Matuş Bero və Vladimir Vayss ikinci hissədə oyunumuzu canlandırdılar. Ondan sonra daha yaxşı hücumlar etdik. Nəticədə qarşıya qoyulan hədəfə çatdıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest