Mini futbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxıb. Matc.az xəbər verir ki, milli həlledici matçda Rumıniya yığması ilə qarşılaşıb.
 
Azərbaycan yığması B qrupundakı ilk oyununda məhz bu rəqibə 0:2 hesabı ilə uduzmuşdu. Amma final qarşılaşmasında milli rumınlar üzərində 1:0 hesablı qələbə qazanaraq Avropa çempionu olub. Komandamızın yeganə qolunu ilk hissədə Seymur Məmmədov rəqib qapısından keçirib.
 
Bundan öncə isə üçüncü yer uğrunda görüş keçirilib. Qazaxıstanla qarşılaşan Bolqarıstan yığması 4:1 hesablı qələbə sayəsində bürünc medallara sahib çıxıb.
 
Xatırladaq ki, Azərbaycan millisi yarımfinalda Qazaxıstana 3:2, Rumıniya isə Bolqarıstana 4:0 hesabı ilə qalib gəlmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest