Futbol üzrə Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib

Futbol üzrə Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Hər iki komandanın şansı var idi. Sadəcə, qollar vura bilmirik. Keçmiş hücumçu kimi bu epizodlara baxanda heyrətə gəlirəm. Rəqib şanslardan istifadə etdi. Onları qələbə münasibəti ilə təbrik edirəm. 
 
Komandaların səviyyəsi oyun keyfiyyəti baxımından bərabərdir. Azərbaycan yığması sürətli və qısa ötürmələrlə çıxış edir. Rəqibi yaxşı analiz etmişdik. Hətta Mahir Emrelinin sol ayağının üstün olduğunu bilirdik. Sadəcə, həmin epizodda sonadək oynaya bilmədik".
 
Baş məşqçi ev oyunlarını Serbiyada keçirmələrinə də münasibət bildirib: "Bu, bizə təsir. Evdən kənarda oynamaq çox çətindir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest