Prezident İlham Əliyev Azərbaycan Mini Futbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. Matc.az xəbər verir ki, sərəncamla Azərbaycan yığma komandasının 2022-ci il mini futbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Mini Futbol Federasiyasına 1 milyon manat ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest