"Qəbələ"nin keçmiş futbolçusu Ceyms Adeniyi karyerasını Türkiyədə davam etdirəcək. Matc.az xəbər verir ki, nigeriyalı hücumçu 1-ci Liqa təmsilçisi "Tuzlaspor"la anlaşıb. 
 
29 yaşlı forvardla bir illik müqavilə imzalanıb. 
 
Xatırladaq ki, Ceyms Adeniyi 2018/2019 və 2020/2021 mövsümlərində "Qəbələ"də çıxış edib. O, ötən mövsümü İsrailin "Makkabi" (Petax-Tıkva) klubunda keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest