21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirdikləri səfər oyununu şərh edib.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirdikləri səfər oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
 
"öncə bugünkü oyuna görə futbolçulara təşəkkür edirəm, onlarla fəxr edirəm. Komanda meydanda əsl əzmkarlıq nümayiş etdirib, Azərbaycan futbolunu layiqincə təmsil etdi. Norveç qrup birincisi olmaq üçün oynamasına baxmayaraq, ilk hissədə onlara heç bir şans vermədik.
 
Fasilədən sonra qarşılıqlı hücumlar olsa da, rəqib əlinə düşən fürsətdən daha layiqincə yararlandı. Düzdür, əvəzetmələr sayəsində, oyunda dönüş yaradıb, hesabı bərabərləşdirdik. Lakin Norveç komandası standart vəziyyətdən fərqlənib, qələbə topunu vurdu. Bununla belə, nəticəyə baxmayaraq, Norveç kimi güclü rəqiblə başabaş mübarizə apardıq. Komandama təşəkkür edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest