Qadınlardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, Azərbaycan millisi 1273 xalla dünyanın 81-ci komandasıdır.
 
Yığma komanda 1 xal itirsə də, mövqeyini qoruyub.
 
Azərbaycan millisi mart ayında 1274 xalla planetin 81-cisi idi.
 
Cədvələ 2104 xala malik ABŞ başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest