"Real"ın hücumçusu Kərim Benzema tezliklə Madrid klubu ilə müqaviləsini uzadacaq. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı forvard klubla 2024-cü ilə qədər nəzərdə tutulan müqavilə bağlayacaq. Futbolçunun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.
 
34 yaşlı hücumçu ötən mövsüm "Real"la La Liqanın və çempionlar Liqasının bombardiri olub. O, hazırda "qızıl top"un əsas favoritidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest