"Liverpul" misirli hühumçu Məhəmməd Salahla yeni müqavilə ilə bağlı razılığa gələ bilmir. Matc.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi Salahın gələn yay – müqaviləsi başa çatdıqdan sonra komandadan azad agent kimi ayrılmasına razıdır.
 
2017-ci ildən "Liverpul"də çıxış edən 30 yaşlı futbolçu ötən mövsüm Premyer Liqanın ən yaxşı oyunçusu seçilib. O, son mövsümdə bütün turnirlərdə 51 oyuna çıxıb, 31 qol vurub, 16 məhsuldar ötürmə edib.
 
AS nəşrinin yaydığı məlumata görə isə "Liverpul" "Real"ın futbolçusu Marko Asensionu heyətinə cəlb etmək isyəyir. Mersisyd təmsilçisi artıq futbolçunun nümayəndələri ilə danışığa başlayıb. İngiltərə klubu ispan futbolçunu komandadan ayrılcağı gözlənilən Sadio Manenin əvəzləyicisi kimi transfer etmək istəyir.
 
Asensionun da hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest