"Krivbas" klubu futbol üzrə Ukrayna Premyer Liqasının (UPL) komandalarını ölkə çempionatını keçirməyə çağırıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Krivbas" UPL-in bütün üzvlərinə, menecerlərə və klub sahiblərinə müraciət edib:
 
"Sizdən 2022/23 mövsümünün yalnız Ukraynada keçirilməsi variantını dəstəkləməyinizi xahiş edirik! Nə mənəvi baxımdan, nə də idman prinsipi baxımından başqa variant yoxdur. Biz hər şeyi etməliyik ki, hər bir kluba bərabər şərait yaradılsın! Ukrayna futbolunun gələcəyini unutmaq olmaz. Biz gələcəkdə bütün Ukrayna futbolunu itirmək riskini daşıyırıq".
 
İyunun əvvəlində Ukrayna dövləti avqust ayında futbol üzrə ölkə çempionatını bərpa etmək qərarına gəlib.
 
2021/22 mövsümünün nəticələrinə görə, "Krivbas" birinci liqada ikinci yeri tutaraq Premyer Liqaya yüksəlib.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest