Polşanın “Visla” (Plotsk) komandası Qnevinodakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi bu komanda Polşanın aşağı liqa təmsilçisi “Xoyniçanka” ilə üz-üzə gəlib.
 
Tərəflərin hərəyə bir dəfə fərqləndiyi matçda qalib müəyyənləşməyib – 1:1. Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, ikinci hissədə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest